Bloqerlərə reklam QADAĞASI

Bloqerlərə reklam QADAĞASI






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Mətbuat Şurası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

presstvaz xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında qanuna edilən dəyişikliklə bağlı paylaşım edib.

O bildirib ki, bundan sonra hər bir influenser və ya bloqer sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir:

“Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq adlandırıldı. Qanun isə artıq qüvvəyə mindi”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv