Nazirlər Kabineti Aİ-92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ

Nazirlər Kabineti Aİ-92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ






presstv

"Presstv"az #Azərbaycan, #Azərenerji, #Hava Yolları, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.

Digər qazoyllar, o cümlədən dizel yanacağının 1 ton üçün isə aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 80 manatdan 1 manata endirilib.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bu aksiz dərəcələri bundan əvvəl 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olub.

Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş "Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları"nda və 2025-ci il 12 mart tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fövqəladə ehtiyatların nomenklaturası"nda nəzərdə tutulmuş yanacaq növləri üzrə müəyyən olunmuş minimal həcmlərin formalaşdırılmasına və səmərəli istifadəsinə nəzarəti təmin etməlidirlər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2025-ci il 1 yanvar – 1 iyun tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv