Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz – ekspert açıqladı

Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz – ekspert açıqladı






presstv

"Presstv"az #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlər Azərbaycanda vətəndaşlar arasında kartdan karta köçürmələrlə bağlı narazılıqların sayı artmaqdadır. Xüsusilə, bir rəqəmin səhv daxil edilməsi nəticəsində pulun yanlış şəxsə göndərilməsi halları geniş yayılıb. Bu cür vəziyyətlər həm maddi, həm də psixoloji çətinliklərə yol açır. 

Bank kartından yanlış hesaba pul köçürülməsi bir çox insanın qarşılaşdığı, lakin hüquqi prosedurları tam bilinməyən hallardandır. 

Bəs belə bir vəziyyətdə vətəndaş nə etməlidir?

Hüquqşünas və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov News24.az-a açıqlamasında bu tip problemlərin bir neçə hüquqi aspektdən tənzimləndiyini bildirib:

"Əgər vətəndaş öz bank kartında olan vəsaiti səhvən başqa bir bank kartına köçürübsə, ilk növbədə bu barədə dərhal öz bankına məlumat verməlidir. Əgər siz səhvən öz kartınızda olan pulu başqa bir bank kartına köçürmə etmisinizsə, ilk öncə siz öz bankınıza məlumat verməlisiniz və demək lazımdır ki, bu nömrəli karta müəyyən məbləğdə pul köçürülüb. Bu məlumatı alan bank öz növbəsində pulu qəbul edən kartın sahibinə xəbərdarlıq edir və məsələyə aydınlıq gətirir. Əgər həmin şəxs könüllü şəkildə razılıq verərsə, bank vəsaiti yenidən göndəricinin hesabına qaytara bilər".

Ekspertin sözlərinə görə, problem burasındadır ki, qarşı tərəf bu məbləği geri qaytarmaqdan imtina edə bilər. Bu zaman artıq bankın müdaxilə imkanları məhduddur:

"Ola bilər ki, vətəndaş bu barədə razılıq verməsin. Bu zaman artıq bank bilmir ki, məbləğ düz gəlib, yoxsa səhv. Bu halda pulunu səhv köçürən vətəndaş pulu yanlışlıqla köçürdüyü bankı məhkəməyə verməlidir".

Əkrəm Həsənov bildirir ki, bu kimi hallarda yeganə hüquqi yol məhkəmə vasitəsilə vəsaitin geri alınmasıdır. Məhkəmə prosesində vətəndaşın köçürmənin səhvən edildiyini sübut etməsi və bu barədə bank yazışmaları və digər sənədləri təqdim etməsi vacibdir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv