Ağır yanıq xəsarətləri alan körpənin anası: “Ağrıdan nə yemək yeyə, nə yata bilir”

Ağır yanıq xəsarətləri alan körpənin anası: “Ağrıdan nə yemək yeyə, nə yata bilir”






presstv

"Presstv"az #Ailə, #Bakı, #Sabirabad, #Sabirabad rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir yaşlı Əsmanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə    Oxu.Az-a onun anası Aida Ataşova məlumat verib.

O bildirib ki, övladı dekabr ayında ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb:

“Biz Sabirabad rayonunda yaşayırıq. Əsmanın bir yaşı var. O, dekabrın 5-də iməkləyərək süfrəni üzərinə dartdı. Bu zaman stolun üstündəki qaynar termos onun üzərinə aşdı. Əsmanın hər iki ayağı yanıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir aydan çox orada müalicə aldıq”.

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Əlimizdə olanı xərcləmişik. Hazırda müalicələri davam etdirməyə heç gücümüz qalmayıb. Vəziyyətimiz o qədər ağırdır ki, rayona qayıtmağa pul tapa bilməyib, borc almışdıq. İnanın, ağrılarından nə normal yuxu yatır, nə də yemək yeyir. Hazırda Əsmanın müalicəsi üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik”.

Ailə ilə əlaqə: (055) 791-34-60.

“Kapital Bank”: 4169 7388 6465 0415.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv