Lavrov etiraf etdi: “Qərb bizə sazişi imzalamağa icazə vermədi”

Lavrov etiraf etdi: “Qərb bizə sazişi imzalamağa icazə vermədi”






presstv

"Presstv"az #ABŞ, #Böyük Britaniy, #Böyük Britaniya, #Emmanuel Makron, #Ermənistan, #Fransa, #İstanbul, #Kiyev, #Münaqişə, #Rusiya, #Sergey Lavrov, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hər nə qədər Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya əleyhinə sanksiyaları gücləndirmək üçün ABŞ-ni isterik şəkildə təşviq etsələr də, Ukrayna ilə münaqişənin nizamlanması prosesində “atəşkəs olsun, sonra baxarıq” yanaşması artıq işləməyəcək”.

presstvaz xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ermənistan Universitetində çıxışı zamanı deyib.

Lavrov xatırladıb ki, 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar aparıb və Ukrayna tərəfinin irəli sürdüyü sülh prinsipləri razılaşdırılıb. Lakin daha sonra Qərb bu razılaşmanın imzalanmasına icazə verməyib.

Xatırladaq ki, 2025-ci il mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında yenidən danışıqlar baş tutub. Görüşdən sonra Moskva və Kiyev məhbusları “minə-min” prinsipi ilə dəyişmək, mümkün gələcək atəşkəs barədə baxışlarını təqdim etmək və onu ətraflı şəkildə şərh etmək, həmçinin danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.

Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya tərəfi görüşün nəticəsindən razıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv