Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə İlham Əliyevə minnətdarlığını bildirdi

Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə İlham Əliyevə minnətdarlığını bildirdi






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Avropa, #Azərbaycan, #Dollar, #İlham Əliyev, #informasiya texnologiyaları, #Qazax, #Qazaxıstan, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

presstvaz bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir.

Bildirilir ki, Qazaxıstan prezidenti Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı təşkilatın potensialından istifadə etməklə neft, qaz, uran və digər məhsullar üzrə təchizat zəncirlərinin şaxələndirilməsinin vacibliyini vurğulayıb.

“Dövlət başçısı bu çərçivədə Azərbaycanın Prezidenti İlham Əliyevə Qazaxıstanın Avropaya neft ixracının artırılması səylərinə verdiyi dəstəyə görə təşəkkür edib”, – deyə məlumatda vurğulanıb.

Tokayev, həmçinin, beynəlxalq ekspertlərin son zamanlar Transxəzər neft-qaz kəmərinin inşası təşəbbüsünü aktiv müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, bu kimi genişmiqyaslı layihələrin həyata keçirilməsi transmilli səviyyədə koordinasiyalı fəaliyyəti tələb edir.

Qazaxıstan prezidenti çıxışı zamanı perspektivli sahələrdən biri kimi rəqəmsallaşmanı və informasiya texnologiyalarını da qeyd edib. O, Xəzər dənizi vasitəsilə optik lif kabelinin çəkilməsinə başlanıldığını və bunun regionda rəqəmsal əlaqəliliyin gücləndirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

“Ölkələrimiz arasında ticarət əlaqələrini fəallaşdırmaq və məhsul çeşidini genişləndirmək lazımdır. Ötən il Qazaxıstanın təşkilata üzv tərəfdaşlarla ticarət dövriyyəsi 11.4 milyard ABŞ dollarına çatıb ki, bu da ölkənin ümumi xarici ticarət dövriyyəsinin 8 faizini təşkil edir. Bu, pis göstərici deyil, lakin daha da artırıla bilər. Bu məqsədlə xüsusi bir sənədin – ticarətin inkişafına yönəlmiş yol xəritəsinin hazırlanmasını təklif edirəm”, – deyə Tokayev qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv