Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən televiziya yayımçıları ilə görüş keçirilib

Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən televiziya yayımçıları ilə görüş keçirilib






presstv

"Presstv"az #Audi, #Audiovizual Şura, #Azərbaycan, #DNT

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

20 may 2025-ci il tarixində Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə 11 aprel 2025-ci il tarixdən qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və həmin dəyişikliklərə əsasən, informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunub.

presstvaz xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilib, qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılıb. Yayımçıların nümayəndələri qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyini və yaxın zamanlarda televiziya kanallarında praym-taym zamanı yayımlanan informasiya proqramlarının işarət dili tərcüməsi ilə müşayiətinin təmin ediləcəyini bildiriblər.

Müzakirələrin sonunda həyata keçirilən işlərlə bağlı daimi kommunikasiyanın saxlanılması, bu istiqamətdə mövcud çətinliklər və onların qarşılıqlı əməkdaşlıq formatında aradan qaldırılması ilə bağlı razılıq əldə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv