Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Kim Çen In, #Kuba, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz     xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan Sizi və qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, səmimi dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi və ölkənizin qardaş xalqını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan müstəqillik illərində həyat fəaliyyətinin bütün sahələrində möhtəşəm uğurlar əldə edib, beynəlxalq arenada yüksək nüfuz və etimad qazanıb.

Əminik ki, mehriban qonşuluq, səmimi dostluq və etimad prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan strateji tərəfdaşlığı qardaş ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In da Prezident İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

“Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcəkdə də genişlənəcək və inkişaf edəcək”.

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr gələcək illərdə də inkişaf edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

12:46

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm.

Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv