Bakıda avtobus sürücüsü taksi sürücüsünü bıçaqlayıb

Bakıda avtobus sürücüsü taksi sürücüsünü bıçaqlayıb






presstv

"Presstv"az #Avto, #avtobus, #Avtobus zolağı, #Bakı, #Binəqədi rayonu, #Cinayət işi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda avtobus sürücüsü taksi sürücüsünü bıçaqlayıb.

presstvaz-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.

Həmin ərazidə müştəri yığan “Mercedes” markalı avtomobilin sürücüsü ilə paytaxtda fəaliyyət göstərən 14 saylı xətt marşrutu ilə hərəkət edən avtobusun sürücüsü arasında mübahisə yaranıb.

Mübahisə taksi sürücüsünün avtobus zolağında maşın saxlamasına görə yaranıb. Sürücülər sözlə mübahisə etsələr də, dava olmayıb. Taksi sürücüsü avtomobilinə qayıdarkən qəfil avtobus sürücüsünün ona tərəf gəldiyini görüb və əlbəyaxa olublar. Hadisə nəticəsində avtobusun sürücüsü taksi sürücüsünü ürəyindən və qarın boşluğundan bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə avtobusun sürücüsü 6 il 3 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv