Köpəkbalıqları çimərliklərdə “dəli” kimi davranırlar – Avstraliyada ekoloji həyəcan

Köpəkbalıqları çimərliklərdə “dəli” kimi davranırlar – Avstraliyada ekoloji həyəcan






presstv

"Presstv"az #Avstraliya, #Güclü külək, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Avstraliyanın ətraf mühit naziri Syuzan Klouz həyəcanverici bəyanatla çıxış edərək, köpəkbalıqlarının insanlara artan hücumlarını və qəribə davranışlarını bölgənin sahil sularında zəhərli yosunların geniş miqyasda yayılması ilə izah edib.

presstvaz-ın xəbərinə görə, bu barədə News.com.au nəşri məlumat yayıb.

Syuzan Klouzun sözlərinə görə, son aylarda sahil yaxınlığında köpəkbalıqlarının misli görünməmiş aktivliyi müşahidə edilir. Dəniz yırtıcıları nəinki istirahət edən insanlara daha tez-tez hücum edirlər, həm də kütləvi şəkildə sahilə çıxırlar. Bu isə onlar üçün son dərəcə qeyri-tipik davranışdır.

“Köpəkbalıqları arasında əsl dəlilik müşahidə edirik və bunun səbəbi onları zəhərləyən toksik yosunlardır. Bu ekoloji fəlakət təkcə köpəkbalıqlarına deyil, skatlar və digər dəniz canlılarına da təsir edir”, – deyə nazir bildirib.

Mütəxəssislər vurğulayıblar ki, yosunların zəhərli çiçəklənməsi dəniz faunasına ikiqat mənfi təsir göstərir. Birincisi, yosunlar sudan oksigeni sürətlə udaraq “ölü zonalar” yaradır. Bu zonalarda balıqlar sözün əsl mənasında boğulur, nəticədə dərinliklərdə yaşayan yırtıcılar səthə və dayaz sulara çıxmağa məcbur olurlar, bu isə insanlarla qarşılaşma ehtimalını artırır.

İkincisi, yosunların ifraz etdiyi toksinlər dəniz canlılarında daxili qanaxma və nevroloji pozuntulara səbəb olur. Bu da onların oriyentasiyasını pozur və aqressiv davranışa gətirib çıxarır. Köpəkbalıqlarının insanlara hücumlarının çoxalması və sahilə çıxmaları məhz bununla əlaqələndirilir.

Avstraliyanın dəniz ekosistemlərinin qorunması ilə məşğul olan “OzFish” təşkilatının məlumatına görə, hazırkı zəhərli yosun çiçəklənməsi təxminən 200 balıq növünün kütləvi ölümünə səbəb olub.

Nazir qeyd edib ki, yosunların bu il anormal dərəcədə yayılmasına iki əsas amil səbəb olub:

  1. Okean temperaturunun yüksəlməsi,

  2. Güclü küləklərin olmaması – bu küləklər adətən su qatlarının qarışmasına və yosunların yayılmasının qarşısının alınmasına kömək edir.

“Biz iqlim dəyişikliyinin ən gözlənilməz nəticələri ilə qarşılaşırıq”, – deyə Syuzan Klouz vurğulayıb.

Mövcud vəziyyətlə əlaqədar Cənubi Avstraliya hakimiyyəti çimərlik ziyarətçilərinə yüksək dərəcədə ehtiyatlı olmağı və mümkün qədər açıq okean sularında üzməməyə çalışmaları barədə xəbərdarlıq edib.

“Okean özünü anormal aparır. Vəziyyət normallaşana qədər insanların təhlükəsizliyi birinci yerdə olmalıdır”, – deyə nazir bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv