Hindistanda 7 ayda 25 kişi ilə evlənən qadın həbs edildi

Hindistanda 7 ayda 25 kişi ilə evlənən qadın həbs edildi






presstv

"Presstv"az #Hindistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanda polis ölkənin müxtəlif ştatlarında yeddi ay ərzində 25 kişi ilə evlənərək onları qarət edən 23 yaşlı Anuradha Pasvanı həbs edib.

presstvaz xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “evlilik fırıldaqçısı” bəyləri aldatmaq və toydan qısa müddət sonra onların qiymətli əşyalarını oğurlamaq məqsədilə mürəkkəb saxtakarlıq sxemi qurmaqda ittiham olunur.

İşi araşdıran müstəntiqin sözlərinə görə, Anuradha evlənmək üçün saxta sənədlərdən istifadə edib. Toydan sonra bir neçə gün ərinin yanında qalır, daha sonra isə gecə saatlarında qızıl-zinət əşyaları, pul və elektronikaları götürərək evdən qaçırdı.

Onun kimliyi bəylərdən birinin polisə müraciətindən sonra müəyyən edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv