Smartfondan həddən artıq istifadə gözaltı qaralmalara və sızanaqlara səbəb olur

Smartfondan həddən artıq istifadə gözaltı qaralmalara və sızanaqlara səbəb olur






presstv

"Presstv"az #Rusiya, #Smartfon, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Texnologiya həyatımızı asanlaşdırsa da, onun insan sağlamlığı və görünüşü üzərindəki təsirləri hələ də ciddi şəkildə öyrənilməkdədir. Ən çox istifadə etdiyimiz cihazlardan biri olan smartfonlar isə artıq təkcə psixoloji və görmə problemləri deyil, eyni zamanda xarici görünüşümüzə də mənfi təsir göstərməyə başlayıb.

presstvaz xəbər verir ki, rusiyalı dermatoloq və kosmetoloq Olqa Andriyanova “Gazeta.ru”ya verdiyi müsahibəsində bildirib ki, smartfonlara həddindən artıq vaxt ayırmaq xarici görünüşə ciddi şəkildə mənfi təsir göstərir.

Mütəxəssisin sözlərinə görə, insanların yatmazdan əvvəl telefonda sosial şəbəkələrdə vaxt keçirməsi, yazışması və serial izləməsi zamanı aldığı bədən duruşu xüsusilə başın aşağı salınması boyun nahiyəsində qırışların yaranmasına və “ikinci buxaq” deyilən görünüşün formalaşmasına səbəb olur. Bu da üz dərisinin sallanmasını sürətləndirir və “kompüter boynu” və ya “telefon boynu” adlanan fiziki dəyişikliyin meydana gəlməsinə səbəb olur. Bu hallar əvvəllər kompüterlə işləyənlərdə müşahidə olunurdusa, artıq demək olar ki, hər ikinci smartfon istifadəçisində görülür.

Andriyanova əlavə edib ki, smartfondan davamlı istifadə yalnız boyun və üzə deyil, göz ətrafına da mənfi təsir göstərir. Daimi baxış gərginliyi nəticəsində göz qapaqları yorulur, kapilyarlar partlaya bilir və gözaltı qaralmalar əmələ gəlir. Nəticədə insan daha yorğun və yaşlı görünür.

Bundan başqa, telefonun üzə sıx çəkilməsi gigiyenik risklər daşıyır. Smartfonlar patogen mikroorqanizmlərin daşıyıcısına çevrilərək, xüsusilə yanaq hissəsində sızanaqların yaranmasına səbəb ola bilər. Bu səbəbdən mütəxəssis cihazların mütəmadi olaraq spirtli salfetlərlə təmizlənməsini tövsiyə edir.

Sonda isə Olqa Andriyanova balanslı və sağlam həyat üçün smartfona sərf olunan vaxtın azaldılmasını məsləhət görüb. O, açıq havada vaxt keçirməyin, idmanla məşğul olmağın və sosial ünsiyyətin həm sağlamlığa, həm də görünüşə daha faydalı olduğunu vurğulayıb. \milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv