Azərbaycanda Sürücülük Vəsiqəsi lazım olmayacaq

Azərbaycanda Sürücülük Vəsiqəsi lazım olmayacaq






presstv

"Presstv"az #Avropa, #Avto, #avtomobillər, #Azərbaycan, #Bakı, #Birləşmiş Ərəb Əmirlikləri, #Nəqliyyat, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan qanunvericiliyinə əsasən, avtomobil hərəkətdə olduğu zaman sükan arxasında sürücülük vəsiqəsi olan məsul şəxs mütləq şəkildə olmalıdır. Avtomobil avtopilot rejimində hərəkət etsə belə, sükan arxasında sürücü yoxdursa, bu, qanun pozuntusu sayılır və avtomobil sahibi məsuliyyətə cəlb oluna bilər.

presstvaz bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sürücüsüz idarə olunan avtomobillər barəsində danışarkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda avtopilot texnologiyasının tətbiqi prinsip etibarilə mümkündür və bunun qarşısında duran əsas maneə hüquqi çərçivənin yenilənməməsidir:

"Sadəcə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Onsuz da gec-tez bu sistem Azərbaycanda da olacaq. Yaxın gələcəkdə Bakı şəhərində sürücüsüz avtomobillərin hərəkətini görə biləcəyik".

Eldəniz Cəfərov əlavə edib ki, dünyada bu texnologiya artıq geniş tətbiq olunur və sürücüsüz avtomobillər əsasən taksi xidmətlərində və yükdaşımalarda istifadə edilir:

"Avropa Birliyinin bir sıra ölkələrində, Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində bu texnologiya artıq tətbiq edilir. Azərbaycanda da bu sistemin tətbiqi realdır və mümkündür. Hətta deyərdim ki, bu gedişlə gələcəkdə insanlar avtomobil sahibi olacaqlar, amma avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac qalmayacaq. Çünki avtomobillər tamamilə pilotsuz olacaq".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv