Şirniyyatdan sonra dişlərinizi fırçalamayın – Diqqət

Şirniyyatdan sonra dişlərinizi fırçalamayın – Diqqət






presstv

"Presstv"az #Bakteriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dişlərinizi təmizləmək üçün ən uyğunsuz vaxtı seçsəniz, bu, ağız sağlamlığınıza ziyan vura bilər.

presstvaz xəbər verir ki, stomatoloq Tarun Naqpal xüsusilə şirniyyat, məsələn şokolad yedikdən dərhal sonra dişləri təmizləməyin təhlükəli olduğunu bildirib.

Mütəxəssis izah edib ki, şirin qida qəbul etdikdən sonra ağızdakı bakteriyalar şəkəri emal etməyə başlayaraq turşu ifraz edirlər. Bu turşu müvəqqəti olaraq diş minasını yumşaldır. Belə bir anda dişləri təmizləmək qoruyucu təbəqənin aşınmasına səbəb ola bilər ki, bu da zamanla dişləri zəiflədəcək, həssaslığı artıracaq və kariyesin yaranması üçün şərait yaradacaq.

Stomatoloq şirniyyat qəbul etdikdən sonra ən azı 30 dəqiqə gözləməyi məsləhət görüb. Bu vaxt tüpürcəyin turşuluğu neytrallaşdırması və minanı bərpa etməsi üçün lazımdır. O, müvəqqəti həll kimi isə ağzı su ilə yaxalamağı və ya şəkərsiz saqqız çeynəməyi tövsiyə edib ki, bu da qida qalıqlarını təmizləyəcək və ağız boşluğunun təmizliyini qoruyacaq. (oxu.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv