Türkiyənin İrana dəri məhsulları ixracının həcmi açıqlandı

Türkiyənin İrana dəri məhsulları ixracının həcmi açıqlandı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin İrana dəri məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 12,1 faiz azalaraq, 663 min dollara bərabər olub.

presstvaz  bildirir ki, bu barədə TurkicWorld-a  Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin mart ayında Türkiyə İrana 115,8 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 50,5 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 28 faiz azalaraq, 409,6 milyon dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 146,2 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 33,4 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 – mart 2024) Türkiyə 1,7 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv