Bakıda tələbə qızlar parkda yatdılar: Çantaları oğurlandı

Bakıda tələbə qızlar parkda yatdılar: Çantaları oğurlandı






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Hadisə, #Hakim, #Mobil telefon, #Quba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda parkda yatan tələbə qızların çantasını oğurlayan şəxs hakim qarşısına çıxarılıb. Saxlanılan şəxs məhkəmədən azadlığa buraxılıb.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, parkın ərazisində baş verib. Azərbaycan Texniki Universitetinin tələbəsi olan iki qız parkda skamyada oturaraq söhbət ediblər.

Onlar birlikdə Qubaya gedəcəklərmiş və bir neçə saat vaxt keçməsini gözləyirlərmiş. Bir müddət sonra ikisi də yatıb. Bunu fürsət bilən A.Mehbalıyev onlardan birinin bel çantasını götürərək oradan qaçıb.

Tələbə qızın çantasında mobil telefonu, bank kartı, tələbə bileti və digər sənədləri olub. 23 yaşlı Mehbalıyev gün ərzində tələbə qızın bank kartından 700 manatdan çox alış-veriş edib. Əsasən tütün məhsulları alıb.

Şikayətdən sonra A.Mehbalıyev saxlanılıb və məsuliyyətə cəlb edilib.

Məhkəmə istintaqı zamanı Mehbalıyev tələbə qıza dəymiş zərəri ödəyib. Tələbə də ondan şikayətçi olmayıb.

Mehbalıyev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv