Bir banka qazlı içki ömrü 12 dəqiqə QISALDIR

Bir banka qazlı içki ömrü 12 dəqiqə QISALDIR






presstv

"Presstv"az #Araşdırma, #diabet, #Sağlamlıq, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir banka şirin qazlı içki orta hesabla ömür müddətini 12 dəqiqə qısalda bilər. Miçiqan Universitetinin alimləri bu nəticəyə gəliblər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə ispan əczaçı Alvaro Fernandez “20minutos”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, araşdırma həmçinin göstərib ki, bu cür içkiləri tez-tez qəbul edən insanlarda ikinci tip diabet, piylənmə və ürək-damar xəstəlikləri riski artır.

“Qazlı içkilərdən sui-istifadənin ən təhlükəli nəticəsi qanda şəkərin yüksək səviyyəsidir. Bu patologiya insulinin kəskin sıçrayışlarına səbəb olur, maddələr mübadiləsini pozur və orqanizmdə xroniki iltihabı təhrik edir. Bu isə öz növbəsində, xərçəng xəstəliyi riskini artıra bilər”, – deyə mütəxəssis xəbərdarlıq edib.

Fernandez həmçinin rəngləyicilər və konservantlar kimi süni əlavələrin zərəri barədə xatırladıb.

“Bu komponentlər bağırsaq mikroflorasının balansını poza, immuniteti zəiflədə və ümumi sağlamlıq vəziyyətini ağırlaşdıra bilər”, – deyə o bildirib.

Ekspert şirin içkilərin qəbulunu məhdudlaşdırmağa, su və ya orqanizm üçün daha az aqressiv olan digər alternativləri seçməyə çağırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv