Xronika: Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını

Xronika: Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Bakı, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #Vəzifə, #Yazıçı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.

“Tumanyanın atası: “adam olma, erməni keşişi ol” adlı buraxılışda ermənilərin ən böyük şairi hesab etdikləri yazıçı, ictimai xadim və erməni terrorizmi üçün Kraudfandinqin əsasını qoyan “humanist” Hovannes Tumanyanın fəaliyyətindən bəhs olunub.

Bildirilib ki, “Həqiqi qurtuluş daxildən başlanmalıdır, biz ermənilər isə daxilən xəstəyik” deyən, şovinist və qisas hissi ilə yaşayan, üzdə humanist görsənən Tumanyanın rəsmi bioqrafiyasında və onun haqqında araşdırmaların sətirləri arasında gizlənən gerçəkləri üzə çıxarmaqla erməni ziyalılarının törədilən bütün qətliamların başında durduğu aydın olur.

Qeyd olunub ki, Tumanyan xristian qıpçaqlarının nəslindəndir. Onun ulu babasının adı Barxudar, anasının adı Göyçək olub. Onun atası deyib ki, adam olma, amma erməni keşişi ol. Tumanyanın böyük maliyyə fırıldağı olub və ermənilərlə türklər arasında nifaqa görə iki dəfə həbs edilib. O, pulu qaçqınlara yox, silahlı dəstələrin hazırlanmasına yönəldirmiş.

Diqqətə çatdırılıb ki, Tumanyanın ədəbi irsi qisasçı və terrorizm təbliğatı yönündədir: “Ermənilər gürcü tarixinə və ərazisinə də iddia edib, cek xalqının tamamilə izini siliblər. Hətta erməni kilsəsini sağaltmaq istəyən yepiskopa qarşı üsyan da olub. Bakıda fəaliyyət göstərən “Ocaq” erməni gizli təşkilatı üzə çıxıb. Tumanyanın Andranikə məktubunda “humanist”in iç üzü açılır. Bir sözlə, ermənilər bütün bəşəri eybəcərliklərin banisidir”.

Sonda ermənilərin fahişə diplomatiyasından söz açılır və vurğulanır ki, “Almast” erməni fahişə diplomatiyasının nümunəsidir: “Nadir şaha aşiq olan erməni qadın ərini öldürüb, qalanı təhvil verib və ordunu təslim edib”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv