Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru KİMDİR?

Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru KİMDİR?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Əmanətlərin Sığortalanması Fondu, #İlham Əliyev, #İngiltərə, #Magistratura, #Sərəncam, #Təhsil, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin sərəncamı ilə mayın 14-də Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru təyin edilib.

presstvaz xəbər verir ki, Tural Piriyev 1981-ci ildə Bakı şəhərində anadan olub.

2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib.

2014-2015-ci illərdə İngiltərənin Durham Universitetinin Hüquq fakültəsində magistratura səviyyəsi üzrə təhsil alıb.

2005-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığında müddətli həqiqi hərbi xidmət keçib.

2003-cü ildən etibarən əmək fəaliyyətinə başlayaraq özəl sektorun müxtəlif sahələrində çalışıb.

2007-2012-ci illərdə “PAŞA Holding” MMC-də hüquqşünas, 2012-2014-cü illərdə “Kapital Bank” ASC-nin hüquq departamentinin direktoru vəzifələrində çalışıb.

Bu müddət ərzində paralel olaraq “Kapital Bank” ASC-nin audit komitəsinin üzvü, “PAŞA Həyat Sığorta” ASC-nin təftiş komitəsinin sədri, “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin təftiş komissiyasının üzvü olub.

2016-cı ildən 2020-ci ilin may ayınadək “PAŞA Holding” MMC-nin Türkiyə nümayəndəliyinin rəhbəri olub, eyni dövrdə Türkiyədə “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkətinin Müşahidə Şurası sədrinin müavini, “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin Müşahidə Şurasının üzvü olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2020-ci il tarixli Sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.

İngilis, rus, türk dillərini bilir.

Evlidir, iki övladı var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv