Aİ Məhkəməsi fon der Lyayeni COVID peyvəndi müqavilələrini gizlətməkdə məsul hesab etdi

Aİ Məhkəməsi fon der Lyayeni COVID peyvəndi müqavilələrini gizlətməkdə məsul hesab etdi






presstv

"Presstv"az #Avropa, #Avropa Komissiyası, #COVID-19, #pandemiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı Məhkəməsi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni 2021-2023-cü illərdə COVID-19 peyvəndlərinin alınması ilə bağlı müqavilələrə dair məlumatların gizlədilməsində iştirakını təsdiqləyib.

presstvaz bu barədə TASS-a istinadən xəbər verib.

“Məhkəmə iddiaçının dəlillərini əsaslı hesab etdi”, – deyə məhkəmə qərarında bildirilib.

İşin baxılmasına səbəb COVID-19 peyvəndlərinin alınması ilə bağlı danışıqlarda şəffaflığın yetərsiz olması ilə bağlı irəli sürülən ittihamlar olub. Mətbuatın məlumatına görə, pandemiyanın qızğın dövründə Ursula fon der Lyayen “Pfizer” şirkətinin rəhbəri Albert Burla ilə şəxsi yazışmalar apararaq milyardlarla avroluq peyvənd müqaviləsini müzakirə edib.

Avropa Komissiyası həmin dövrdə sözügedən müqavilənin SMS vasitəsilə müzakirə edildiyini təsdiqləsə də, mesajların dərcindən imtina edib. Səbəb kimi həmin yazışmaların guya təsadüfən silindiyi bildirilib.

Bu məlumatlar fonunda Avropa Prokurorluğu müqavilələrin şərtləri ilə maraqlanmağa başlayıb. Xüsusilə mesajların məzmununun ictimaiyyətə açıqlanmaması narahatlıq doğurub.

Ekspertlərin fikrincə, məhkəmə qərarı Ursula fon der Lyayenin siyasi karyerasına ciddi təsir göstərə bilər. Onun yeni vəzifə müddəti rəsmi olaraq keçən il dekabrın 1-də başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv