Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər

Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #pandemiya, #Pişiklər, #Qrip, #Quş qripi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ev pişikləri arasında quş qripinin (H5N1) yayılması bəşəriyyət üçün yeni pandemiya təhlükəsi yarada bilər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Merilend Universitetinin İctimai Səhiyyə Məktəbinin alimləri xəbərdarlıq ediblər. Tədqiqatın nəticələri “Open Forum Infectious Diseases” jurnalında dərc olunub.

Son 20 ilin məlumatlarının təhlilinə əsaslanan araşdırma zamanı tədqiqatçılar virusun aktiv şəkildə mutasiya etdiyini və növlər arasında keçə bildiyini müəyyən ediblər. Mütəxəssisləri xüsusilə pişiklərin virusa qarşı yüksək həssaslığı narahat edir. Belə ki, 18 ölkədə qeydə alınmış 607 yoluxma hadisəsinin yarısı ölümlə nəticələnib.

Virus heyvanlara yoluxmuş quşların yeyilməsi, çiy ət və ya yoluxmuş inəklərin südünün qəbulu nəticəsində keçə bilir. Lakin pişiklərdə quş qripi əksər hallarda onların ölümündən sonra aşkarlanır ki, bu da vaxtında aşkar etmə və qarşısını alma tədbirlərini çətinləşdirir.

H5N1 virusu vəhşi heyvanların əsəb sisteminə ciddi zərər vurur və quduzluğa bənzər nevroloji simptomlara səbəb olur. Alimlərə görə, virusun ev və təsərrüfat heyvanları arasında yayılması xüsusilə təhlükəlidir. Sığınacaqlar, fermalar və zooparklar potensial yoluxma mənbəyinə çevrilə bilər. Alimlər istisna etmirlər ki, gələcəkdə virusun mutasiyası nəticəsində o, insanlar arasında hava-damcı yolu ilə yayıla bilər.

H5N1 virusunun insanlar üçün təhlükəsi də böyükdür – bəzi hallarda ölüm faizi 60%-ə çatır. Bu səbəbdən mütəxəssislər sanitar nəzarətin və epidemioloji monitorinqin gücləndirilməsinə çağırırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv