“O, artıq aktyor deyil” – “Optimus” robotundan canlı performans

“O, artıq aktyor deyil” – “Optimus” robotundan canlı performans






presstv

"Presstv"az #Aktyor, #İlon Mask, #Sosial şəbəkələr, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı milyarder və “Tesla” şirkətinin rəhbəri İlon Mask “X” sosial şəbəkəsində insanabənzər robot “Optimus”un rəqs etdiyi görüntüləri paylaşıb.

presstvaz xəbər verir ki, Mask videonun real vaxt rejimində lentə alındığını vurğulayıb. Kadrlarda humanoidin ritmik və koordinasiyalı hərəkətlərlə rəqs etdiyi görünür.

Mask bu nailiyyəti 2021-ci ildə səhnəyə çıxan aktyorla müqayisə edərək belə deyib:

“O vaxt səhnədə kostyum geyinmiş bir aktyor vardı. İndi isə bu, artıq gerçəkdir”.

“Optimus” robotu üzərində işləyən “Tesla” komandası bu texnologiyanın yaxın illərdə gündəlik həyatda geniş istifadə olunacağını gözləyir. Humanoid gələcəkdə zavodlarda işləmək, ev işlərini yerinə yetirmək və gündəlik sadə tapşırıqları icra etmək üçün nəzərdə tutulub.

Rəqs edən robotun görüntüləri qısa zamanda sosial şəbəkələrdə viral olub və texnologiyasevərlərin böyük marağına səbəb olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv