Maradonanın qızı atasının ölməzdən əvvəlki vəziyyətindən danışıb

Maradonanın qızı atasının ölməzdən əvvəlki vəziyyətindən danışıb






presstv

"Presstv"az #Futbol, #Həkim, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əfsanəvi futbolçu, mərhum Dieqo Maradonanın böyük qızı Dalma Maradona atasının ölümü ilə bağlı keçirilən 11-ci məhkəmə iclasında həyatının son həftələrində atasını müalicə edən həkimlərin hərəkətlərindən danışıb.

presstvaz sport24.ru-ya istinadla xəbər verir ki, Dalmanın sözlərinə görə, o, atasının vəziyyətinin pisləşdiyini dəfələrlə həkimlərin diqqətinə çatdırıb:

“Biz həkimlərə deyirdik ki, atama nəsə olub. O, çətinliklə yeriyirdi, düşkün görünürdü, bizə görüntülü zəng edirdi və onun nə dediyini başa düşmürdük. Həkimlər cavab veriblər ki, Maradonanın vəziyyətinin pisləşdiyi və yaxşılaşdığı günlər olur”.

Məhkəmə prosesinə cəlb olunan mütəxəssislər Maradonanın şəxsi həkim qrupunun tərkibində olublar və futbolçunun ölümündə mümkün əlaqələrinin olması ilə bağlı ittiham olunurlar.

Qeyd edək ki, məhkəmə prosesinin ən azı iyulun ortalarına qədər davam edəcəyi gözlənilir. Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv