Ötən il dövlət qeydiyyatından kənarda qalan 23 uşaq doğulub, 86 küçə uşağı ailəsinə verilib

Ötən il dövlət qeydiyyatından kənarda qalan 23 uşaq doğulub, 86 küçə uşağı ailəsinə verilib






presstv

"Presstv"az #Ailə, #Hakim, #İnsan alveri, #Körpə, #Nazirlər Kabineti, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Sağlamlıq, #Təhsil, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Doğumu dövlət qeydiyyatından kənarda qalmış uşaqların vaxtında müəyyən edilməsi məqsədilə qeydiyyat şöbələri ilə icra hakimiyyəti nümayəndəlikləri arasında surətli əlaqələndirmənin təşkili və yaranan problemlərin operativ həlli məqsədilə “WhatsApp” sosial şəbəkəsində sorğulama qrupu yaradılıb.

presstvaz xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, həyata keçirilən tədbirlərlə 23 uşağın doğumu qeydə alınıb, 56 uşağın valideynlərinə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə hüquqi yardım göstərilib, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Davamlı olaraq aparılan monitorinqlərlə aşkarlanan 100 küçə uşağından 86-sı ailəsinə səfər edilib, baxımsız vəziyyətdə olan 5 uşaq Sosial Xidmətlər Agentliyinin sığınacağına, bir uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınmasına dəstək verilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyi, sağlamlıq problemləri ilə əlaqədar isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yönləndirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv