“SİMA İmza” fərdi sahibkarlar üçün altı ay müddətində pulsuz oldu

“SİMA İmza” fərdi sahibkarlar üçün altı ay müddətində pulsuz oldu






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #İqtisadiyyat Nazirliyi, #Nəqliyyat, #POS-terminal, #SİMA İmza, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb.

İnteqrasiya nəticəsində artıq fərdi sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaimə göndərə, sadələşdirilmiş, gəlir, əmlak və s. kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə bilərlər. Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da artıq “SİMA İmza” ilə mümkündür. Yeni inteqrasiyaların tamamlanması ilə artıq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs il ərzində üç aydan bir təkrarlanan vergi hesabatlarını da SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər.

Diqqətə çatdıraq ki, hazırda fərdi sahibkarlar üçün “SİMA İmza” tətbiqində güzəşt kampaniyası nəzərdə tutulub. 13 iyuna qədər davam edəcək kampaniya çərçivəsində sahibkarlar “6AYPULSUZ” promokodu ilə 6 ay müddətində tətbiqdən abunə haqqı ödəmədən istifadə edə biləcəklər. Kampaniya həm new.e-taxes.gov.az, həm də digər bütün elektron portallar üçün keçərlidir.

Qeyd edək ki, “SİMA İmza”nın Vergi portalına inteqrasiya prosesi 2023-cü ildə başlayıb. Portalda olan digər xidmətlərə də “SİMA İmza”nın inteqrasiya prosesi davam edir.

SİMA yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirir. SİMA rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv