AMEA-nın həyətində çayxana tikilir?

AMEA-nın həyətində çayxana tikilir?






presstv

"Presstv"az #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində bir müddətdir davam edən tikinti işləri cəmiyyətdə müzakirələrə səbəb olub.

presstvaz Modern.az-a istinadla xəbər verir ki, elm ocağının həyətinin “çayxana söhbətlərinin” məkanına çevrilməsi ictimaiyyət tərəfindən birmənalı qəbul edilməyib.

Qeyd olunub ki, ölkənin intellektual inkişafına töhfə verən bir qurumun ərazisində belə obyektin yaradılması elmi mühitin mahiyyətinə və ictimai gözləntilərə ziddir.

Məsələ ilə bağlı AMEA Mətbuat Xidmətindən presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə heç bir tikinti işi aparılmır.

“Bəzi informasiya vasitələrində AMEA-nın əsas binasının həyətində obyekt tikilməsi barədə yayılmış xəbər həqiqəti əks etdirmir. Sözügedən ərazidə hər hansı bir obyektin tikilməsi nəzərdə tutulmayıb. Göstərilən ərazidə təmizlik və abadlıq işləri aparılıb”, – deyə məlumatda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv