18 aylığında meyvə-tərəvəzdən imtina edən britaniyalı iş tapmaq üçün hipnoterapiyaya pul yığır

18 aylığında meyvə-tərəvəzdən imtina edən britaniyalı iş tapmaq üçün hipnoterapiyaya pul yığır






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Dollar, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyada qidalanma pozğunluğundan (ARFID) əziyyət çəkən 35 yaşlı Tomas Şeridan meyvə, tərəvəz, yumurta və ya ət yemək düşüncəsinin belə ona ürəkbulanma hissi yaratdığını bildirib.

presstvaz-ın məlumatına görə, bu barədə “Oddity Central” nəşri yazıb.

Tomas uşaqlıqdan yalnız ağ çörək, quru səhər yeməkləri və şirniyyat yeyir. Bu isə onun sağlamlığına və iş qabiliyyətinə ciddi təsir göstərir.

Məlumata görə, Tomasın gündəlik rasionu çox məhduddur: adətən, iki ağ çörək, üç kasa quru səhər yeməyi və bol jele konfetlərindən ibarət olur. Bu məhdud qidalanma səbəbindən, o, zülal və vitamin əlavələri qəbul etməli olur.

Bir neçə il əvvəl işsiz olduğu zaman britaniyalıya qidalanma pozğunluğu diaqnozu qoyulub. Bu pozğunluq ona müəyyən qidaları yeməkdə maneə yaradır. Müalicənin bir neçə cəhdinə baxmayaraq, Tomasın gündəlik rasionu hələ də çox məhdud olaraq qalır.

“Bir dəfə yumurta və kolbasadan ibarət sendviç hazırlamağa çalışdım, amma ürəyim bulandı”, – deyə Şeridan qeyd edib.

Tomasın valideynləri isə bildiriblər ki, oğulları 18 aylıq olarkən, müəyyən qidalardan imtina etməyə başlayıb. Bir gün körpə, sadəcə, “ağzını yumub” və onu meyvə-tərəvəzlə qidalandırmağa cəhdlər uğursuz olub. Məktəbdə isə Tomas nahar üçün evə tost yeməyə getməyə icazə verilib, çünki yeməkxanada yemək yeməkdə çətinlik çəkib.

Yetkinlik dövründə müəyyən qidalara qarşı ikrah hissi Tomasın həyatını çətinləşdirib və iş tapmaqda ciddi əngəllər yaradıb. “Axırıncı dəfə 10 gün işlədiyim zaman 9,5 kq arıqlamışdım”, – deyə Tomas qeyd edib.

Hazırda Tomas Şeridan hipnoterapiya üçün 8 000 dollar toplamağa çalışır, baxmayaraq ki, bunun onun sağalmasına kömək edəcəyinə dair heç bir zəmanət yoxdur.

Mütəxəssislərin sözlərinə görə, ARFID (Avoidant/Restrictive Food Intake Disorder) qidalanma pozğunluğu olan insanlar müəyyən qidalara qarşı güclü qorxu hissi yaşaya bilərlər. Bu vəziyyət ciddi qida çatışmazlığına, çəki itkisinə və sosial izolyasiyaya səbəb ola bilər.

Müalicə adətən koqnitiv-davranış terapiyasını, bəzi hallarda isə narahatlıq pozğunluqları üçün medikamentoz müalicəni əhatə edir. Ağır hallarda isə xəstəxanaya yerləşdirilmə tələb oluna bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv