“Son zəng”lə bağlı direktorlara XƏBƏRDARLIQ

“Son zəng”lə bağlı direktorlara XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Jurnalistlər, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son zəng tədbiri ilə bağlı müvafiq təlimat var. Məktəb direktorlarının, müəssisə rəhbərlərinin həmin təlimata əməl etmələri tövsiyə yox, artıq tapşırıqdır və hər kəsdən bu təlimata ciddi şəkildə əməl etməyə çağırırıq”.

presstvaz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəbdaxili tədbirin keçirilməsi ilə bağlı nümunəvi ssenari və nümunəvi protokol göndərilib:

“Bu protokoldan kənara çıxmaq uyğun deyil. Protokolda həm sadə bədii hissə, eyni zamanda şagirdlərimizin kiçik həcmli çıxışları nəzərdə tutulur. Həmçinin şagirdlərin yaradıcı bir təqdimatları ola bilər.

Amma bunun çox bağlı hansısa ciddi maliyyə yükü yaradan və məktəb kollektivinin, valideyn icmasının üzərinə əlavə maliyyə yükü yaradan formatda keçirilməsini məqsədəuyğun hesab etmirik, bu yolverilməzdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv