Amerikalının hava limanında uğursuz zarafatı onun həbsinə səbəb oldu

Amerikalının hava limanında uğursuz zarafatı onun həbsinə səbəb oldu






presstv

"Presstv"az #ABŞ, #Hadisə, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Florida ştatında yaşayan 27 yaşlı Mak Byorn hava limanında etdiyi uğursuz zarafat səbəbindən həbs olunub.

presstvaz xəbər verir ki, bu barədə “LADBible” nəşri məlumat yayıb.

Hadisə Byorn təyyarəyə minməzdən əvvəl, uçuş üçün pilləkənlərdə olarkən baş verib. O, yüksək səslə təhlükəsizlik əməkdaşlarının çantasında olan bombanı görmədiklərini bildirib. Bort bələdçisinin xəbərdarlığına baxmayaraq, Byorn zarafatından imtina etməyib və eyni ifadəni təkrar edib.

Bu davranış onun dərhal saxlanılmasına səbəb olub. Byornun əşyalarına baxış zamanı heç bir partlayıcı vasitə aşkar edilməyib, lakin Florida qanunvericiliyinə əsasən, bomba təhlükəsi ilə bağlı yalan məlumat vermək ikinci dərəcəli cinayət hesab olunur.

Byorn məhkəmədə özünü təqsirli bilmədiyini bildirib.

Məlumata görə, o, ad gününü həbsxana kamerasında, məhkəmənin qərarını gözləyərək keçirib. Əgər günahı sübuta yetirilərsə, onu uzunmüddətli həbs cəzası gözləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv