Qarabağ qazisi protez ayaqlarla Everestə qalxmağı hədəfləyir

Qarabağ qazisi protez ayaqlarla Everestə qalxmağı hədəfləyir






presstv

"Presstv"az #Anadolu, #Avropa, #Azərbaycan, #Azərbaycan Ordusu, #Bakı, #Fransa, #Futbol, #İtaliya, #Müharibə, #Quba, #Rusiya, #Şuşa, #Şuşa şəhəri, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2-ci Qarabağ müharibəsində minaya düşərək ayaqlarını itirən mayor Polad Rzayev protez ayaqlarla xizək, dağçılıq kimi idman növləri ilə məşğul olaraq həyatını davam etdirir.

presstvaz xəbər verir ki, “Anadolu” agentliyi onun barəsində məqalə hazırlayıb.

Məqalədə bildirilir ki, Bakıda dünyaya gələn Poladın 3 yaşı olarkən o, Şuşa şəhərinin müdafiəsi zamanı tabor komandiri olan atası Tofiq Rzayevi itirib.

Atasının qəhrəmanlıq hekayələrini eşidərək böyüyən Polad hərbi liseyə daxil olub və liseyi bitirdikdən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrində xidmətə başlayıb.

2020-ci ildə Qubadlı şəhəri yaxınlığında minaya düşərək ağır yaralanıb və ayaqlarını itirib.

36 yaşlı Rzayev indiyə qədər Rusiyada Avropanın ən hündür zirvəsi olan Elbrus dağı (5,642 m) və ölkə daxilində bir çox dağa qalxıb. Dağçılıqla yanaşı üzmə, futbol və xizək idman növləri ilə məşğul olur.

Azərbaycan Paralimpiya Komitəsində xizək üzrə milli idmançı kimi çıxış edən Rzayev, keçən il Fransa və İtaliyada keçirilən yarışlarda ölkəsini təmsil edib.

Rzayevin həyatından təsirlənən rejissor və bəstəkar Cavid Səmədov onun haqqında “Yarım Dəmir” adlı sənədli film çəkib. Film bir çox festivalda mükafat qazanıb.

Ən son olaraq isə film Türkiyədə keçirilən 2-ci Beynəlxalq Turan Film Festivalında “Ən Yaxşı Beynəlxalq Sənədli Film” adına layiq görülüb.

Polad Rzayev “Anadolu”ya verdiyi müsahibədə Everestə dırmaşaraq dünyaya sülh mesajı vermək istədiyini bildirib:

“Dünya hər kəsə yetər, gəlin sülh içində yaşayaq. Dünya heç kimə qalmayacaq. Özünüzü, ətrafınızdakı insanları və təbiəti sevin”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv