“The Times”: “Putin Türkiyədə keçiriləcək danışıqlarda Ukraynanın kapitulyasiyasını tələb edəcək”

“The Times”: “Putin Türkiyədə keçiriləcək danışıqlarda Ukraynanın kapitulyasiyasını tələb edəcək”






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Donald Tramp, #Hakim, #Jurnalistlər, #Kiyev, #Münaqişə, #Rusiya, #Türkiyə, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türkiyədə keçiriləcək danışıqlarda Rusiya lideri Vladimir Putin Ukraynanın kapitulyasiyasını (təslim olmasını), NATO-ya üzv olmaqdan imtina etməsini, Kiyevdə hakimiyyətin dəyişdirilməsini, Krım, Xerson, Zaporojye və şərqdə yerləşən daha iki region da daxil olmaqla ərazilərin güzəştə gedilməsini tələb edəcək”.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Times” nəşri Qərbin 30 günlük təcili atəşkəs çağırışlarına Kremlin reaksiyasını şərh edərkən yazıb.

Məqalədə qeyd edilib ki, Moskva münaqişənin ilkin səbəblərinin aradan qaldırılmasında israr edir və Putinin fikrincə, danışıqlar yalnız Rusiya üçün təhlükəsizlik zəmanətindən sonra mümkündür.

Nəşr ABŞ-nin vitse-prezidenti Cey Di Vensin sözlərindən də sitat gətirərək bildirir ki, Rusiya hələ nəzarəti altında olmayan bir şeyi tələb edir.

“Sadalanan regionlardan bir hissəsi Rusiya ordusunun nəzarəti altında deyil”, – deyə nəşr qeyd edib.

Jurnalistlər vurğulayırlar ki, Volodimir Zelenskinin danışıqların yalnız Ukrayna şəhərlərinə hücumların dayandırılmasından sonra mümkün olması ilə bağlı konkret mövqeyinə baxmayaraq, Donald Tramp Kiyev və Moskva nümayəndələri arasında təxirəsalınmaz görüşün keçirilməsini tələb edir.

“Zelenski Putinə artıq bu cümə axşamı (15 may – red.) Türkiyədə danışıqlar aparmağı təklif edib”, – deyə nəşr xatırladıb.

Bununla belə, Kiyev belə bir dialoqun məqsədəuyğunluğuna şübhələrini gizlətmir. Jurnalistlərlə söhbəti zamanı Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak belə danışıqları “böyük illüziya” adlandırıb, Avropa liderləri isə Moskvanı hərbi əməliyyatları dayandırmayacağı təqdirdə yeni sanksiyalarla hədələyiblər.

Nəşr məqalənin yekununda bildirir ki, Kreml öz tələblərini həftəbəhəftə təkrarlayır və sadəcə mətni dəyişir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv