Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə ediblər






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Ceyhun Bayramov, #İlham Əliyev, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının Şura sədri Əli bin Saleh Əl Salehlə görüşüb.

presstvaz   xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər parlamentlərarası əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə genişləndirilmiş formatda görüş keçirib.

presstvaz   xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.

Məlumatda bildirilib ki, nazirlər görüşdə ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarını araşdırıblar.

Müzakirələr siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq, humanitar təşəbbüslər daxil olmaqla geniş sahələri əhatə edib.

Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazirlər BMT, İƏT, QH və AİTF kimi regional və beynəlxalq platformalarda qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinə sadiqliklərini bir daha təsdiq ediblər.

C.Bayramov, həmçinin bəhreynli həmkarına regionda münaqişədən sonrakı yenidənqurma və reabilitasiya işlərində, o cümlədən, minatəmizləmə əməliyyatlarında və davamlı sülhün qurulmasına yönəlmiş səylərdə əldə edilən irəliləyiş barədə məlumat verib.

Daha sonra xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bəhreyn kralı Həməd bin İsa Al Xəlifəyə ünvanlanmış məktubunu vəliəhd və Baş nazir Salman bin Həməd bin İsa Al Xəlifəyə təqdim edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşüb.

presstvaz xəbər verir ki bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı geniş müzakirələr aparıblar.

08:29

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani, habelə digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv