On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: “Ağır xəstəlikdən əziyyət çəkir”

On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: “Ağır xəstəlikdən əziyyət çəkir”






presstv

"Presstv"az #Ailə, #Bakı, #Həkim, #qızdırma, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

On yaşlı Mübarizin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə Oxu.az-a onun anası Sayilə Əsgərova məlumat verib.

O bildirib ki, övladı kəskin leykoz xəstəliyindən əziyyət çəkir:

“Mübarizin dörd yaşı olanda qızdırması qalxdı, nə qədər həkimə getsək də, onun dərdinin çarəsini tapa bilmədik. Daha sonra bizi Bakıda Onkoloji Mərkəzə yolladılar. Burada övladıma kəskin leykoz diaqnozu qoyuldu. Həmin gündən də onun müalicələrinə, qanköçürmə əməliyyatlarına başlamışıq. Artıq altı ildir ki, övladım bu ağır xəstəliyin pəncəsindədir”.

Sayilə Əsgərova özündə olan onkoginekoloji xəstəliyə görə ötən il ağır əməliyyat keçirdiyini deyib:

“Bir neçə ay əvvəl mənim də bu ağır xəstəlikdən əziyyət çəkdiyimi öyrəndik. Təcili əməliyyat olundum. İnanın, aylardır nə işləyə, nə də maddi kömək tapa bilirəm. Mübariz yeddiaylıq olarkən atası vəfat edib, iki övladımla tək qalmışam. Mübarizin aylıq müalicəsi üçün bizim 600-700 manata ehtiyacımız olur. Müalicələri bir müddətdir imkansızlıqdan dayanıb. Burnundan dayanmadan qan gəlir, vəziyyəti ağırlaşıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 539-33-95.

“Kapital Bank”: 4169 7414 0965 7697.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv