Pezеşkian: “İran heç bir halda dinc nüvə enerjisinə olan hüquqlarından imtina etməyəcək”

Pezеşkian: “İran heç bir halda dinc nüvə enerjisinə olan hüquqlarından imtina etməyəcək”






presstv

"Presstv"az #ABŞ, #İran, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İran dinc nüvə enerjisini inkişaf etdirmək istəyini təsdiqləmək və heç vaxt hüquqlarından imtina etməmək üçün ABŞ ilə dolayı danışıqlar aparır”.

presstvaz İran hökumətinin “Telegram” kanalına istinadən xəbər verir ki, bu açıqlamanı İran İslam Respublikasının Prezidenti Məsud Pezеşkian verib.

“Biz müharibəyə can atmadığımızı sübut etmək üçün danışıqlar aparırıq. İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və çalışmayacaq, lakin heç bir şəraitdə dinc nüvə enerjisinə olan hüquqlarından imtina etməyəcək”, – deyə prezident bəyan edib.

Pezеşkianın sözlərinə görə, nüvə texnologiyaları ölkənin səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrində irəliləməsi üçün həlledici əhəmiyyət kəsb edir və İran təzyiqlər altında hüquqlarından əl çəkməyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv