“Sevilya” azarkeşləri klubun bazasına hücum ediblər

“Sevilya” azarkeşləri klubun bazasına hücum ediblər






presstv

"Presstv"az #Avto, #avtobus, #Futbol, #İspaniya, #İspaniya La Liqası, #Sevilya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniya La Liqasının 35-ci turunda”Sevilya” komandasının səfərdə “Selta”ya məğlub olması klub azarkeşlərinin səbir kasasını daşırıb.

presstvaz Sports.ru-ya istinadla xəbər verir ki, azarkeşlər komandanın göstərdiyi nəticələdən narazılıqlarını oyunçulara və rəhbərliyə birbaşa deməkdən ötrü “San-Pablo” aeroportunda klub üzvlərini qarşılayıblar.

Komanda fanatlarla görüşməyərək hava limanını tərk etdikdən sonra yüzlərlə azarkeş “Sevilya”nın bazasının qarşısında toplaşıb. Komanda avtobusu bazaya polisin və mülki qvardiyanın gücləndirilmiş mühafizəsi altında gəlib.

Futbolçuları təhqir edən və avtobusa yumurtalar atan kütlənin qarşısını almaq üçün polis havaya rezin güllələr atmaq məcburiyyətində qalıb.

Bir qrup azarkeş hasarı sındıraraq, içəri keçməyə cəhd göstərib. Klub rəhbərliyi təhlükəsizlik baxımından komandanı gecə idman bazasının ərazisində saxlamaq qərarına gəlib.

Qeyd edək ki, “Sevilya” La Liqada 38 xalla 16-cı yerdə qərarlaşıb. Komanda səkkiz oyundur qələbə üzünə həsrət qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv