Ukrayna Milli Qvardiyasının altı yüksəkvəzifəli məmuru işdən qovuldu

Ukrayna Milli Qvardiyasının altı yüksəkvəzifəli məmuru işdən qovuldu






presstv

"Presstv"az #Araşdırma, #Dollar, #Ukrayna, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Milli Qvardiyasının altı yüksəkvəzifəli məmuru qurumda aparılan axtarışlar fonunda tutduğu vəzifədən uzaqlaşdırılıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi öz “Telegram” kanalında məlumat verib.

“Milli Qvardiyanın Baş İdarəsinin maddi-texniki təminat şöbəsinin altı yüksəkvəzifəli əməkdaşı işdən çıxarılıb. Daxili İşlər Nazirliyi xidməti araşdırma üçün göstəriş verib. İstintaqla hərtərəfli əməkdaşlıq təmin edilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın “Həftənin güzgüsü” nəşri mənbələrə istinadən Milli Qvardiyanın komandanlığında aparılan axtarışlar barədə yazmışdı.

Nəşrin məlumatına görə, Ukrayna Milli Antikorrupsiya Bürosunun əməkdaşları Milli Qvardiyanın komandanı, briqada generalı Aleksandr Pivnenkonun, Milli Qvardiyanın Baş İdarəsinin Logistika Departamentinin direktoru, polkovnik Sergey Qritsenkonun, Logistika Departamentinin direktoru, polkovnik Nikolay Modlinskinin və qurumun bir sıra digər əməkdaşlarının evində axtarış aparıblar.

İstintaqın məlumatına görə, Milli Qvardiyanın komandanı 190 milyon qrivna (4.5 milyon dollardan çox) məbləğində rüşvət almış ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv