“Expressbank” rəhbərliyi ulu öndərin məzarını ziyarət edib

“Expressbank” rəhbərliyi ulu öndərin məzarını ziyarət edib






presstv

"Presstv"az #Expressbank, #Heydər Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Expressbank” rəhbərliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun qəbirüstü abidəsini ziyarət edib.

Bankın Müşahidə Şurası və İdarə Heyətinin iştirakı ilə baş tutan ziyarət zamanı ulu öndərin qəbirüstü abidəsinin önünə əklil qoyulub və qızılgüllər düzülüb. Bank rəsmiləri dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib, onun əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlayıblar və abidə qarşısında baş əyərək hörmətlərini bildiriblər.

Heydər Əliyev ideyalarının yaşadılması, onun dövlətçilik irsinə sadiqlik və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində “Expressbank”ın fəaliyyətində davamlı yer alan addımlar təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə olan məsuliyyətin ifadəsi kimi qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv