SSRİ-nin “Kosmos-482” kosmik aparatı orbitdən çıxıb və Hind okeanına düşüb

SSRİ-nin “Kosmos-482” kosmik aparatı orbitdən çıxıb və Hind okeanına düşüb






presstv

"Presstv"az #Avto, #Bakı, #Kosmos, #Rusiya, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yerətrafı orbitdə 50 ildən çox vaxt keçirən “Kosmos-482” kosmik aparatı öz səyahətini başa vurub, orbitdən çıxaraq Hind okeanına düşüb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Roskosmos”un “Telegram” kanalı məlumat verib.

Məlumata görə, 1972-ci ildə SSRİ-nin fəzaya buraxdığı “Kosmos-482” kosmik aparatı bununla da mövcudluğuna son qoyub.

Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun mütəxəssislərinin məlumatına görə, aparat Moskva vaxtı ilə saat 9:24-də (Bakı vaxtı ilə 10:24-də) Orta Andaman adasından 560 kilometr qərbdə atmosferin sıx təbəqələrinə daxil olub və Cakartanın qərbində Hind okeanına düşüb.

Veneranın araşdırılması üçün nəzərdə tutulan “Kosmos-482″nin enişi Yerətrafı kosmik fəzada təhlükəli vəziyyətlər barədə avtomatlaşdırılmış xəbərdarlıq sistemi tərəfindən idarə olunurdu.

1972-ci ildə uğursuz buraxılışdan sonra “Kosmos 482” Yerin yüksək elliptik orbitində olub. Onilliklər ərzində onun trayektoriyası tədricən azalıb və bu da orbitdən nəzarətsiz şəkildə çıxmasına gətirib çıxarıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv