Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır






presstv

"Presstv"az #Ali Məhkəmə, #Anar Əliyev, #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Ceyhun Bayramov, #Eldar Əzizov, #Əli Əsədov, #Fəxri xiyaban, #Hakim, #Heydər Əliyev, #Hikmət Hacıyev, #Kamran Əliyev, #Milli Məclis, #Pərviz Şahbazov, #Prezident Administrasiyası, #Ramin Məmmədov, #Sahibə Qafarova, #Teymur Musayev, #Zakir Həsənov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.

presstvaz xəbər verir ki, baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimov, xarici işlər naziri Ceyhun Bayramov, eləcə də təmsil etdikləri qurumların əməkdaşları Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

10:37

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.

presstvaz xəbər verir ki, Milli Məclisin deputatları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və rəhbərlik etdikləri qurumların əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

10:03

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə dövlət qurumlarının rəsmiləri dahi şəxsiyyətin xatirəsini anırlar.

presstvaz xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvləri Ramil Usubov və Mədət Quliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Həmçinin səhiyyə naziri Teymur Musayev, energetika naziri Pərviz Şahbazov, Dini Qurumlar üzrə Dövlət Komitəsinin rəhbəri Ramin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yeni Azərbaycan Partiyasının Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, eləcə də təmsilçisi olduqları qurumların üzvləri ulu öndər Heydər Əliyevin xatirəsini məzarı başında yad ediblər.

09:16

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.

presstvaz xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər səhər saatlarından onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev, müdafiə naziri Zakir Həsənov, həmçinin rəhbərlik etdikləri qurumların əməkdaşları ulu öndərin xatirəsini hörmətlə anıb, məzarı üstünə çiçək dəstələri düzüblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv