Hakan Fidan: “Azərbaycanın apardığı deeskalasiya prosesindən istifadə etmək lazımdır”

Hakan Fidan: “Azərbaycanın apardığı deeskalasiya prosesindən istifadə etmək lazımdır”






presstv

"Presstv"az #Ailə, #Anadolu, #Azərbaycan, #Hadisə, #Hakan Fidan, #İraq, #Suriya, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda həyata keçirdiyi deeskalasiya prosesi diplomatik üsullardan biridir”.

presstvaz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan televiziya müsahibəsində bildirib.

Azərbaycanın ev sahibliyi etdiyi deeskalasiya təşəbbüslərinə toxunan Fidan bildirib ki, bu cür diplomatik üsullardan imkanlar daxilində istifadə etmək lazımdır.

Nazir müsahibəsində Türkiyənin regional hadisələrlə bağlı mövqeyini açıqlayıb. İraqdakı proseslərə toxunan Hakan Fidan ölkənin daha stabil bir dövrə girdiyini və Türkiyənin bu prosesi təşviq etdiyini bildirib.

Suriyada yeni administrasiyanın üçüncü ölkələrlə təmaslarını qiymətləndirən türkiyəli nazir bu diplomatik təmasların beynəlxalq ictimaiyyətin yeni Suriyanı tanıması baxımından əhəmiyyətli olduğunu və Türkiyənin də bu prosesi dəstəklədiyini bildirib.

Hakan Fidan, həmçinin indiyə qədər ictimaiyyətlə paylaşmadığı sui-qəsd cəhdi barədə ilk dəfə açıqlama verib. Fidan təxminən 4-5 il əvvəl arsen və civədən ağır zəhərləndiyini və bu səbəbdən bir müddət müalicə aldığını bildirib. Daha əvvəl Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsində işləmiş Fidan başda FETÖ olmaqla müxtəlif cinayət təşkilatlarının onu və ailəsini hədəf aldığını vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv