İkimərtəbəli evinə qəsdən od vurdu – Hadisəni törədən şəxsin ETİRAFI

İkimərtəbəli evinə qəsdən od vurdu – Hadisəni törədən şəxsin ETİRAFI






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Hadisə, #Soyuducu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıtda baş vermiş yanğının təfərrüatı məlum olub.

Hadisə şəhərin “Qurd dərəsi” adlı ərazisində yerləşən fərdi yaşayış mənzillərinin birində qeydə alınıb.

Ev sahibi Zakir Qasımov isə yanğını qəsdən törətdiyini söyləyib: “Evi özüm yandırmışam. İstəmirəm ki, arvadıma və oğluma qalsın, 10 ildir ki, aramızda söz-söhbət var”, – deyə o söyləyib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

09 may, 22:37

Sumqayıtda fərdi yaşayış evi yanıb.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb. Fərdi yaşayış evi yanğından mühafizə olunub.

“Report”un məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib. İddialara əsasən, yanğını ev sahibi qəsdən törədib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv