Bu şəxslərə ömürlük 1500 manat verilir

Bu şəxslərə ömürlük 1500 manat verilir






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Sərəncam, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bunun bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin fərdi təqaüdü nədir? Kimlərə verilir?

presstvaz globalinfo.az-a istinadən xəbər verir ki, bu təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə verilir.

Təqaüdün məbləği 1500 manatdır və ömürlük verilir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, vəsait plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.

Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Son statistik məlumatlara görə, 2024-cü ildə Prezidentin fərdi təqaüdünü alan şəxslərin 236 nəfəri kişi, 93-ü qadın olub. (329 nəfər)

2018-ci ildə bu rəqəm 414, 2019-cu ildə 416, 2020-ci ildə 416, 2021-ci ildə 365, 2022-ci ildə 341, 2023-cü ildə isə 345 olub. Yəni son illər Azərbaycan Prezidentinin fərdi təqaüdünü alanların sayında azalma baş verib.

Qeyd edək ki, təqaüd 2002-ci il iyul ayının 1-dən verilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv