Devid Bekhem karyerasında gördüyü ən yaxşı müdafiəçinin adını açıqlayıb

Devid Bekhem karyerasında gördüyü ən yaxşı müdafiəçinin adını açıqlayıb






presstv

"Presstv"az #Devid Bekhem, #Futbol, #İngiltərə, #Milan, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem “Milan”ın keçmiş futbolçusu Paolo Maldinini futbol tarixinin ən yaxşı müdafiəçisi adlandırıb.

presstvaz xəbər verir ki, 50 yaşlı D.Bekhem bu barədə “CBS Sports” telekanalının efirində etdiyi çıxışda deyib.

“Mən “Milana” gələndə Pirlo, Nesta, Maldini orada oynayırdılar. Paolo ən yaxşı lider, ən yaxşı kapitan, indiyə qədər gördüyüm ən yaxşı müdafiəçi idi. 41 yaşının olmasına baxmayaraq o, meydanı digərlərindən daha yaxşı oxuyurdu”, – deyə D.Bekhem qeyd edib.

Qeyd edək ki, karyerasını başa vurandan sonra P.Maldini “Milan” klubunda müxtəlif vəzifələrdə işləyib. O, 2023-cü ilin iyununda “Milan”da tutduğu texniki direktor vəzifəsini tərk edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv