İctimai nəqliyyatda ödəmə ilə bağlı yaranan problemə AYDINLIQ GƏTİRİLDİ

İctimai nəqliyyatda ödəmə ilə bağlı yaranan problemə AYDINLIQ GƏTİRİLDİ






presstv

"Presstv"az #Bakı, #Nəqliyyat, #QR-kod

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“m10” istifadəçiləri son bir ayda balanslarını artıra bilməmələrindən narazıdırlar.

presstvaz bildirir ki, bununla bağlı Oxu.az-a müraciət edən tətbiq istifadəçiləri bildiriblər ki, balans artımı üçün məbləğ və bank kartı məlumatlarını daxil etdikdə OTP (One-Time Password) kodu gəlmir.

Bəzi istifadəçilər isə qeyd ediblər ki, “m10” balansını artırmaq istəsələr də, kod vasitəsilə təsdiq etsələr də ödənişlər həyata keçmir və balans artmır.

Məsələ ilə bağlı “m10″un müştəri xidmətləri ilə əlaqə saxladıq.

presstvaz bildirir ki, Müştəri xidmətlərindən Oxu.az-a bildirilib ki, sözügedən problem banklardan qaynaqlanır:

“Balans artımı zamanı hesabdan vəsaitin silinməsinə görə vətəndaşa bir dəfəlik istifadə kodu olan OTP-ni bank göndərir. Əgər vətəndaş OTP kodunu əldə edə bilmirsə, ilk olaraq bankla əlaqə saxlamalıdır. Onun məlumatları yoxlandıqdan sonra problemin qaynağını tapmaq mümkündür. Həmçinin bu, istifadə edilən nömrə ilə də əlaqəli ola bilər. Bu zaman da OTP kodunun göndərilməsində problemlər yaşana bilir.

Mobil tətbiq vasitəsilə təsdiqlər zamanı balansdan vəsaitin silinməməsi və “m10″ balansının artırılmaması da banklardan qaynaqlanır”.

Onlar “m10” elektron pulqabısı ilə səhər saatlarında edilən ödənişlərdə yaranan problemə də aydınlıq gətirib:

“Səhər saatlarında ictimai nəqliyyatda ödəniş etmək üçün QR-kodun yaradıla bilməməsi ümumi problem idi. Bu problem “BakıKart”dan qaynaqlanırdı. Hazırda ödənişlərdə hər hansı problem müşahidə edilmir”.

08:51

M10 elektron pulqabısı ilə ödənişdə problem yaranıb.

presstvaz Modern.az-a istinadən bildirir ki, səhər saatlarında tətbiqdə ictimai nəqliyyatda ödəniş etmək üçün QR-kod yaratmaq mümkün olmayıb.

Tətbiqdə ödəniş etmək istəyərkən “Xəta baş verdi” mesajı görünüb.

Problemin nədən qaynaqlandığı məlum deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv