Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq – VİDEO

Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq – VİDEO






presstv

"Presstv"az #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mövcud qanunvericiliyə əsasən, bəzi hallarda dünyasını dəyişən şəxsin topladığı pensiya kapitalı və ya aldığı pensiya vərəsələrinə verilə bilər.

presstvaz-ın məlumatına görə, Millət vəkili Vüqar Bayramov Xəzər TV-yə bildirib ki, bu hüquq əsasən 18 yaşına çatmayan övladlara, əlilliyi olan şəxslərə və dünyasını dəyişən şəxsin həyat yoldaşına şamil olunur.

Vüqar Bayramov bildirir ki, bu sahədə yeni yanaşmalar üzərində də düşünülür. Millət vəkili pensiya kapitalının tam olmasa da, bir hissəsinin vətəndaşların şəxsi ehtiyaclarına yönəldilməsini təklif edir. Belə modellər artıq inkişaf etmiş bir sıra ölkələrdə tətbiq olunur.

O, əlavə edib ki, bəzi ölkələrdə yalnız minimum deyil, orta pensiya kapitalı anlayışı da mövcuddur. Topladığı məbləğ orta pensiya kapitalından çox olan vətəndaşlara ondan istifadə imkanları yaradılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv