“Expressbank”da qanvermə aksiyası keçirilib

“Expressbank”da qanvermə aksiyası keçirilib






presstv

"Presstv"az #Audi, #Bakı, #Expressbank, #Həkim, #Sağlamlıq, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Expressbank” korporativ sosial məsuliyyətinə hər zaman həssas yanaşan maliyyə institutu olaraq ənənəvi qanvermə aksiyasını bu il də həyata keçirib.

Mərkəzi Qan Bankının dəstəyi ilə ərsəyə gələn aksiya zamanı donorların sağlamlıq vəziyyəti peşəkar həkim-hemotoloq tərəfindən müayinə olunduqdan sonra yalnız sağlamlıq göstəriciləri uyğun olan şəxslərdən qan götürülüb. Tədarük olunan qan talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə çatdırılmaq məqsədilə depolanıb.

8 may Beynəlxalq Talassemiya Günü münasibətilə bankın baş ofisində keçirilən aksiyaya bankın paytaxt filiallarından da qatılanlar olub. Aksiyada həmçinin bankın rəhbər heyəti, o cümlədən Müşahidə Şurasının müstəqil üzvü, Audit Komitəsinin sədri Fuad Məmmədov, İdarə Heyətinin sədri Mehman Məmmədov və İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Rüfət Mürşüdlü də iştirak edib.

Qeyd edək ki, qanvermə aksiyaları “Expressbank”da artıq illərdir ki, davam edir və ənənə halını alıb. Bank bildirib ki, bu tipli aksiyaların təşviqinə irəlidəki illərdə də dəstəyini göstərəcək.

“Expressbank” Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, “132” məlumat mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv