Azyaşlı futbolçuları döyən məşqçi “Şamaxı”dan kənarlaşdırıldı

Azyaşlı futbolçuları döyən məşqçi “Şamaxı”dan kənarlaşdırıldı






presstv

"Presstv"az #Futbol, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şamaxı” rəhbərliyi AFFA U-15 Liqasının oyunu zamanı “Metak” komandasının azyaşlı futbolçularını döyən məşqçi Vüqar Süleymanovu işindən müvəqqəti kənarlaşdırıb.

presstvaz xəbər verir ki, bu barədə Teleqraf.az-a klubun baş meneceri Kamran İsmayılov məlumat verib.

Onun sözlərinə görə, belə bir addım AFFA İntizam Komitəsinin aprelin 23-də qəbul etdiyi qərara uyğun olaraq atılıb.

İsmayılov bildirib ki, Süleymanovun taleyinə Apellyasiya Arbitraj Tribunalına edilən şikayətə baxıldıqdan sonra aydınlıq gələcək: “İntizam Komitəsinin qərarından apellyasiya şikayətini təqdim etmişik. Amma hələlik baxılmayıb. Apellyasiya Arbitraj Tribunalının növbəti toplantısında bizim də müraciətimizin müzakirə olunaraq, müvafiq qərarın qəbul olunacağını gözləyirik. Məşqçi isə İntizam Komitəsinin qüvvədə olan qərarına uyğun olaraq, komandadan müvəqqəti uzaqlaşdırılıb, hazırda klubumuzda çalışmır. Apellyasiya Arbitraj Tribunalı müsbət qərar versə, sözsüz ki, işinə qayıdacaq. Şikayətimiz qəbul olunmasa, həmin şəxsin müqaviləsinə tam xitam veriləcək və o, komandadan uzaqlaşdırılacaq”.

Baş menecer xatırladıb ki, İntizam Komitəsinin mövcud qərarına əsasən, Süleymanov bir il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib:

“Yəni o, heç bir futbol komandasında, o cümlədən, bizim kollektivdə çalışa bilməz. Apellyasiyamıza baxılaraq, qərar qəbul olunduqdan sonra, ona uyğun, məsələyə son nöqtəni qoyacağıq”.

Qeyd edək ki, aprelin 22-də keçirilmiş “Şamaxı” – “Metak” oyununun sonlarında kütləvi dava baş verib. Bu zaman “Şamaxı” komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq “Metak”ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq, Vüqar Süleymanov bir il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib, müstəsna hal olaraq, 500 manat məbləğdə cərimələnib. “Şamaxı” isə növbəti ev oyununu azarkeşsiz keçirməli olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv