Alimlər xəbərdarlıq edir: 40 ildən sonra Yer kürəsində buz dövrü başlayacaq

Alimlər xəbərdarlıq edir: 40 ildən sonra Yer kürəsində buz dövrü başlayacaq






presstv

"Presstv"az #Araşdırma, #Finlandiya, #Günəş, #Qlobal istiləşmə, #Rusiya, #Süni intellekt, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya və Finlandiya alimlərinin apardığı birgə araşdırma Yer kürəsinin yaxın onilliklərdə əhəmiyyətli dərəcədə soyuyacağını və bu prosesin yeni kiçik buz dövrünə səbəb ola biləcəyini göstərir.

presstvaz xəbər verir ki, bu barədə “Geosciences” elmi jurnalında dərc olunan məqalədə məlumat verilib.

Araşdırma Rusiya Elmlər Akademiyasının Kola Elmi Mərkəzi və Finlandiyanın Təbii Sərvətlər İnstitutunun alimləri tərəfindən aparılıb. Onlar son 7 600 ilə aid ağac halqalarının xronologiyasını təhlil edərək süni intellektin köməyi ilə Yer kürəsində növbəti ciddi soyuma dövrünün 2063-2073-cü illər arasında baş verə biləcəyini ehtimal ediblər.

Alimlər qeyd edirlər ki, bu cür iqlim dəyişiklikləri əsasən günəş aktivliyinin azalması və böyük vulkan püskürmələri ilə əlaqələndirilir. Günəşin zəifləyən aktivliyi hazırda müşahidə edilən qlobal istiləşməni bir müddət ləngidə bilər, lakin uzunmüddətli perspektivdə bu, bəşəriyyət üçün ciddi fəsadlara yol aça bilər.

Tədqiqatın nəticələrinə görə, belə iqlim dəyişiklikləri 300-400 ildən bir təkrarlanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv