KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib

KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Heydər Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib.

presstvaz xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, əvvəlcə KOBİA-nın və YAP-ın Nərimanov rayon təşkilatının nümayəndələri “Bakı KOB evi”ndə ulu öndərin büstü önünə gül dəstələri qoyublar.

Tədbir öz işinə Azərbaycanın Dövlət Himninin səslənməsi, ümummilli liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra KOBİA tərəfindən hazırlanmış, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev ulu öndərin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafı üçün gördüyü genişmiqyaslı tədbirlərdən danışıblar.

Tədbir çərçivəsində YAP-a üzv olan KOBİA əməkdaşlarına üzvlük vəsiqəsi təqdim edilib, həmçinin partiya sıralarına qəbul olunmaq istəyən Agentlik əməkdaşlarının ərizələri qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv