“Lalə parkı” niyə hasarlanıb?

“Lalə parkı” niyə hasarlanıb?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda “Lalə parkı” kimi tanınan istirahət yerinin bir hissəsi hasarlanıb.

“Presstv”az   qafqazinfo-ya istinadən xəbər verir ki,  bir müddətdir ərazidə vurulmuş məlumatverici lövhədən məlum olur ki, burada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər görüləcək.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəfli saytımızın sorğusuna cavab olaraq bildirdi ki, ərazidə tıxacın azaldılması və nəqliyyat axınının sabitlənməsi məqsədilə yeni layihə icra ediləcək: “Bununla bağlı Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən yeni layihə hazırlanıb və yaxın vaxtlarda ərazidə işlərə başlanılacaq. Layihənin nədən ibarət olması da həmin vaxt ictimaiyyətə açıqlanacaq”.

Əldə etdiyimiz məlumata görə, “Lalə parkı”nın ərazisindən istifadə edilməklə Babək prospektindən Heydər Əliyev prospekti istiqamətinə – oradan keçən dəmiryolu xəttinin alt hissəsindən yeni yolun tikintisi nəzərdə tutulub.

“Presstv”az xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv